İndoneziyanın Qərbi Papua vilayətində 6,1 bal gücündə zəlzələ meydana gəlib.
Qaynarinfo xəbər verir ki, zəlzələnin mərkəzi əyalətin paytaxtı Manokvarinin 55 km cənubudur. Təkan yerin 26 km dərinliyində baş verib.
Təbiət hadisəsindən sonra sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, İndoneziyada 28 sentyabrda baş vermiş 7,5 bal gücündə zəlzələ 2 mindən çox insanın ölümünə səbəb olmuşdu.
Gülşən