Xəbər lenti

Ermənistan ordusunun daha bir əsgəri öldü
Ölkə17:23 14.05.2019

Ermənistan ordusunun daha bir əsgəri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın hərbi hissələrindən birində növbəti dəfə əsgər ölümü baş verib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə naziri Artsrun Ovannisyan "Facebook” səhifəsində yazıb: "Dərin kədər hissi ilə bildirirəm ki, bu gün Ermənistan Silahlı Qüvvələrində 1999-cu il təvəllüdlü kiçik çavuş Ararat Simonoviç Xeçumyan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib”.
Nazirlik əsgərin ölümü ilə bağlı başsağlığı verib.