Xəbər lenti

Sabah bu rayonlarda qaz olmayacaq
Ölkə16:45 03.10.2019

Sabah bu rayonlarda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işlərinin aparılması planlaşdırılır.
Bu barədə Qaynarinfo-ya "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edilib ki, bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.
Bundan başqa, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi yüksək təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərini icra edəcək və bu müddətdə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.