Xəbər lenti

Neftin qiyməti qalxdı
Dünya05:52 13.03.2020

Neftin qiyməti qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birjaların məlumatlarına görə, neftin qiyməti artmaqda davam edir.
Qaynarinfo xəbər verir ki, WTI markalı neftin aprel fyüçersləri 0.06% bahalaşaraq 31.52 dollar/barelə çatıb. Brent markalı neftin may fyüçersləri isə 0,18% bahalaşıb. İndi onun qiyməti bir barrel üçün 33,28 dollardır.
Xatıladaq ki, bir neçə gün əvvəl "Reuters” öz mənbələrə istinadən Səudiyyə Ərəbistanının OPEC + çərçivəsində razılaşmanın uğursuz olması nəticəsində Rusiyanın "Urals” neftini əsas bazarlardan kənarlaşdırmaq qərarına gəldiyini açıqlamışdı.
Alpər