İndoneziyanın qərbində yerləşən Anak Krakatau vulkanı püskürüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildən bəri müşahidə edilən ən böyük partlama nəticəsində kül və duman 500 metr yüksəkliyə qalxıb. Təbii fəlakət səbəbindən bölgədə ikinci səviyyədə həyəcan elan edilib. Partlayış nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Qeyd edək ki, 2018-ci ildə vulkanın püskürməsi nəticəsində azı 430 nəfər həyatını itirmişdi.
Camal