Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlandı
Ölkə07:49 19.04.2020

Sabaha olan hava proqnozu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz  18-23° isti, Bakıda  gecə 10-12° isti, gündüz  19-21° isti olacaq. Atmosfer  təzyiqi 760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq. 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam  bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir duman. Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 8-13° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  12-17° isti  olacaq.