Xəbər lenti

Daha bir vəkil koronavirusdan vəfat etdi
Ölkə09:05 27.12.2020

Daha bir vəkil koronavirusdan vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəkillər Kollegiyasının daha bir üzvü dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin!