Xəbər lenti

2021-ci ildə dünyaya gələn uşaqlar 22-ci əsrdə yaşayacaq
Ölkə09:23 01.01.2021

2021-ci ildə dünyaya gələn uşaqlar 22-ci əsrdə yaşayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT Uşaq Fondu UNICEF 2021-ci ildə uşaqların doğum nisbətinin proqnozunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, statistikaya görə, bu il yanvarın 1-də doğulan uşaqların orta ömür müddəti 84 il olacaq. Bu, 2021-ci ilin ilk günü dünyaya gələn insanların XXII əsrdə də yaşayacağı deməkdir.
Bu il ilk uşaq Sakit Okeanda yerləşən Fici adalarında dünyaya gəldi.
1 yanvarda dünya miqyasında 371 min uşağın dünyaya gələcəyi gözlənilir. Bunların yarısından çoxu Hindistan, Çin, Nigeriya, Pakistan, İndoneziya, Efiopiya, ABŞ, Misir, Konqo və Banqladeşdədir.
Analitiklərin proqnozlarına görə, ümumilikdə 2021-ci ildə təxminən 140 milyon uşaq dünyaya gələcək.
Alpər