Xəbər lenti

Vilayət Eyvazovdan yeni təyinat
Ölkə19:01 01.06.2021

Vilayət Eyvazovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 
Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı Elxan Əsədov vəzifəsindən azad edilib. 
Nazirin digər əmri ilə o, Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə rəis təyin edilib.