Xəbər lenti

Bakı metrosunda ölüm hadisəsi baş verdi
Ölkə05:25 09.12.2021

Bakı metrosunda ölüm hadisəsi baş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında metroda yaşlı sərnişin vəfat edib.
Bu barədə Qaynarinfo-ya Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, bu gün səhər 08:10 radələrində yaşlı bir kişi qatarda özünü pis hiss edib:
"Həmin sərnişin "28 May" stansiyasında platformaya düşürülüb. Artıq həmin vaxt sərnişin özündə olmayıb.
Hadisə yerinə Təcili Tibbi Yardım dərhal çağırılıb və ölüm faktını təsdiq edib”.