Xəbər lenti

Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkə13:10 15.12.2021

Azərbaycan əhalisinin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 31580 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb.
Bildirilib ki, əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.