Xəbər lenti

AFFA iki klubu cərimələdi
İdman11:34 18.03.2022

AFFA iki klubu cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasın Premyer Liqanın 19-cu turunda baş tutan iki oyunla bağlı qərar qəbul olunub. 
"Səbail” – "Keşlə” oyununda "Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. "Qəbələ” – "Zirə” matçında isə "Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Səbuhi Həsənov