FIFA yeni reyinq cədvəlini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, reytinqdə millimizin də mövqeyi müəyyənləşib. Canni De Byazini rəhbərlik etdiyi komanda reytinqdə 8 pillə geriləyib. Belə ki, yığma 1126 xalla 129-cu sırada qərarlaşıb.
Bu geriləməyə səbəb komandanın son iki yoldaşlıq görüşündə Malta və Latviyaya 0:1 hesabı ilə uduzması olub. Ötən reytinqdə isə millimiz 1139 xalla 121-ci idi. Yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərindən Slovakiya 1454 xalla 45-ci, Belarus 1243 xalla 93-cü, Qazaxıstan isə 1134 xalla 125-cidir.
Reytinqə 1832 xalla Braziliya millisi başçılıq edir. İkinci pillədə yer alan Belçikanın 1827, "üçlüy"ü qapayan Fransanın isə 1789 xalı var.
Türkiyə isə 1461 xalla 43-cü yerdədir.
Səbuhi Həsənov