Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov çıxış etdiyi "Budvo”da növbəti uğura imza atıb.
Qaynarinfo xəbər verir ki, Monteneqro çempionatının final matçında "Buduçnost” klubuna qalib gələn "Budvo” yarışın qızıl medalını qazanıb.
Beləliklə, Baranov 2021/2022 mövsümünü Monteneqro kubokunun və çempionatının qalibi olaraq başa vurub.
Səbuhi Həsənov