Xəbər lenti

2024-də Rusiya ordusunun Dneprə çatma ehtimalı nə qədərdir? - Aqil Rüstəmzadə
Dünya12:16 27.12.2023

2024-də Rusiya ordusunun Dneprə çatma ehtimalı nə qədərdir? - Aqil Rüstəmzadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ən pis senaridə, martın sonuna qədər cəbhə xətti bir qədər Rusiya qüvvələrinin xeyrinə dəyişə bilər. 
Qaynarinfo xəbər verir ki, bu proqnozu azərbaycanlı hərbi analitik Aqil Rüstəmzadə NV-yə müsahibəsində verib.
O hesab edir ki, 2024-cü ildə Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrini Dnepr çayı boyunca müdafiəyə məcbur edəcəyi ilə bağlı qorxular əsassızdır.
"Belə bir senari dəqiq olmayacaq. Rusiya ordusunun Dneprə çatması üçün bilirsinizmi nə lazımdır? Lazımdır ki, siz heç nə istehsal etməyəsiniz, ordu isə malik olduğu resursla döyüşsün. Avropa sizə kömək etməsin, Amerika sizə kömək etməsin. Yəni siz müharibənin əvvəlində olan vəziyyətdə olmalısınız. Ancaq belə bir vəziyyət ola bilməz. Siz işləyirsiniz, silah istehsal edirsiniz. Bu, çox, çox aşağı ehtimal senarisidir - 5-7%”, - Rüstəmzadə əminliyini ifadə edib. 
Onun fikrincə, yüksək ehtimal senarisi belədir: martın sonuna, ən geci aprelin sonuna qədər Rusiya cəbhənin hər hansı bir istiqamətində 10-20 km irəliləyəcək.
"Mənim fikrimcə və ən pis senaridə martın sonuna qədər cəbhə xətti 10-12 km geriləyə bilər. Rusiyanın topladığı səfərbərlik resursları ona bunu etməyə imkan verir. Əlavə səfərbərlik resursları olmadan Rusiya ordusunun edə biləcəyi maksimum istənilən əməliyyat zonasında istənilən istiqamətdə taktiki uğur əldə etməkdir”, - azərbaycanlı hərbi ekspert bildirib.
Nizami Bağırov