
Sentyabrın 12-də Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus bu ölkəyə təhvil verilib.
İranın Azərbaycandakı səfirliyində faktı təsdiqləyiblər. Bildirilir ki, bu, iki ölkə arasında məhbusların ekstradisiyasına dair razılaşma üzrə 22-ci ekstradisiya halıdır.
Məhbusların əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığı ilə əlaqədar həbs olunub. Təhvilvermə prosesi Astara sərhəd-keçid məntəqəsində baş tutub və prosesdə İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali iştirak edib. (apa)
Qaynarinfo.Az