Xəbər lenti

22 yaşlı jurnalisti güllələdilər
Dünya06:06 11.11.2014

22 yaşlı jurnalisti güllələdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Peruda ölkənin aparıcı xəbər nəşri olan “Caretas” jurnalının əməkdaşı qətlə yetirilib.
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, 22-yaşlı gənc jurnalist Fernando Raymondi paytaxt Limadan 100 km aralıda yerləşən San Visente-de-Kanyete şəhərində, atasının dükanında hücuma məruz qalıb.

Sinə nahiyəsindən güllə yaraları alan F.Raymondi hadisə yerində keçinib. Qeyd olunduğuna görə, “Caretas” jurnalı Peruda araşdırma jurnalistikası sahəsindəki nailiyyətləri ilə məşhurdur. Fernando Raymondi 2014-cü ildə Peruda öldürülən sayca ikinci mətbuat nümayəndəsidir.    

Qaynar.info