Xəbər lenti

22 yaşlı qadın dəm qazından zəhərləndi
Ölkə13:22 08.02.2014

22 yaşlı qadın dəm qazından zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ucar rayonunun Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Günay Əzməmmədova dəm qazından zəhərlənib.

Qaynar.info
EL TV-yə istinadən xəbər verir ki, hamamda çimərkən dəm qazının təsirindən özünü pis hiss edən qadın huşunu itirib.

Yaxınları tərəfindən hadisə yerinə çağrılan təcili yardım həkimlərinin köməyi ilə Günay Əzməmmədova Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər bir uşaq anası olan Günay Əzməmmədovanın vəziyyətini orta ağır qiymətləndirirlər.

Qaynar.info