Kanadada yaşayan 61 yaşlı keşişə 6 ay ev həbsi və 150 saat iş cəzası verilib.
Qaynarinfo xəbər verir ki, cəzanın səbəbi din xadiminin 24 həyat yoldaşı və 149 uşağa sahib olmasıdır. 1990-2014-cü illər ərzində bu qədər həyat yoldaşı və uşağa sahib olan Vinston Bləkmor məhkəmə tərəfindən çoxarvadlılıqda ittiham edilib. Keşişin həyat yoldaşlarından 9-u evlənərkən 18 yaşdan gənc, 4-ü isə 15 yaşında olub.
Vinston bildirib ki, o, inancının tələbi ilə evlənib və məhkəmənin qərarı yanlışdır.