Xəbər lenti

24 il qeydiyyatda olan sakin evindən zorla çıxarılır
Ölkə11:02 03.09.2013

24 il qeydiyyatda olan sakin evindən zorla çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə Bakı şəhəri Nəsimi rayon sakini Məmmədova Nərminə Tofiq qızı Qaynar.info xəbər portalının redaksiyasına şikayət məktubu ünvanlamışdı.

Şikayətçi məktubunda Zəngilan rayon İcra Hakimiyyəti və "Bakı Tikiş Evi"nin müdiri tərəfindən 24 il qeydiyyatda olduğu və yaşadığı mənzildən çıxarılma təhlükəsi ilə üz-üzə qaldığını qeyd etmişdi. 

Şikayətçi xanım bununla bağlı ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlamışdı. 

Bu gün Nərminə xanım redaksiyamıza yenidən müraciət edib. Nərminə Məmmədova bildirib ki, artıq bir neçə gündür Zəngilan İcra Hakimiyyətinin nümayəndələri və 2009-cu ildən evi zorla zəbt edən şəxslər məcburi şəkildə evi onun əlindən almağa çalışırlar.

Nərminə xanım məhkəmənin evdən çıxarılma haqda olan qərarına etiraz edərək, qərarı əsassız sayır. 

"Çünki mənzilə yerləşdirmək istədikləri Qaradağ rayon sakini və ailəsinin nəinki sözügedən mənzildə, heç Nəsimi rayonunda da qeydiyyatı yoxdur" deyə şikayətçi bildirib. 

Bundan başqa şikayətçi bildirib ki, Nəsimi rayon Məhkəməsinin hakimi Elmar Kərimov çıxardığı qətnamədə mənzilin 29 A və 29 B mənzillərdən ibarət olduğunu və sözügedən şəxslərin də həmin mənzildə yaşamaq hüququnun olduğunu bildirmişdi: "Lakin mənzil təkcə 29 saylı ünvandan ibarətdir və burada A və B yoxdur". 

Qaynar.info