Xəbər lenti

24 mindən çox uşaq nikahdankənar doğulub - Azərbaycanda
Ölkə06:40 21.06.2016

24 mindən çox uşaq nikahdankənar doğulub - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda qeyr-rəsmi nikahdan doğulan uşaqların statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən Azvision.az-a verilən məlumata görə, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24038 nəfər olub. 

Uşaqlardan 9411-i şəhər yerlərində, 14627-i isə kənd yerlərində doğulub. 

2014-cü ildə qeyri-rəsmi nikahda olan qadından doğulan uşaqların sayı isə 25486 nəfər olub. 

Komitədən, həmçinin bildirilib ki, son 5 il ərzində ölkədə ildə orta hesabla 172 min, hər gün isə 471 körpə dünyaya gəlir.

Qaynarinfo.az