"Brayton"un futbolçusu Enok Mvepu 24 yaşında karyerasını bitirmək məcburiyyətində qalıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb onun ürəyində yaranan problemlər olub. Futbolçu açıqlamasında "Futbol üçün ən yüksək hədəfimə çatdım. Şükürlər olsun ki, Premyer Liqa oyunlarında iştirak etdim. Amma təəssüflə deyirəm ki, bəzi arzular sona çatmalıdır. Xəstəliyim və aldığım tibbi məsləhətlərə görə futbolu tərk etmək məcburiyyətindəyəm. Bu o demək deyil ki, futbolu həyatımdan tamamilə çıxarıram. Daim futbola sadiq qalacağam. Mənə bu imkanı verən və dəstək olan hər kəsə təşəkkür edirəm. Ailəmə, həyat yoldaşıma, menecerimə, məşqçimə, "Brayton"a hər kəsə minnətdaram” - sözlərini söyləyib.
Klub rəsmi saytı vasitəsilə Enokun durumu ilə bağlı açıqlama verib. Açıqlamada onun futbolçu karyerasına davam edəcəyi təqdirdə bu xəstəliyin ölümcül ola biləcəyi vurğulanıb. Bununla yanaşı klub olaraq futbolçuya lazımı tibbi dəstək veriləcəyi də açıqlanıb.
Enok Mvepu 2021-ci ilin iyununda "Zaltsburq"dan "Brayton"a transfer olunub. Zambiyalı futbolçu İngiltərə klubu ilə 4 illik müqavilə imzalanıb.
Səbuhi Həsənov