Xəbər lenti

25 yaşlı Gəncə sakini bıçaqlanıb
Ölkə18:34 16.04.2016

25 yaşlı Gəncə sakini bıçaqlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Qaynar.info Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, təxminən saat 19:40 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) bıçaq yarası ilə xəstə gətirilib.
25 yaşlı İbrahim İbrahimov qol nahiyyəsinin bıçaq yarası ilə əməliyyata götürülüb. Əməliyyat olunan xəstənin vəziyyətini həkimlər orta ağır qiymətləndirir. Həmin şəxsin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı artıq araşdırmalara başlanılıb.
Qaynar.info