Xəbər lenti

261 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqləndi
Siyasət12:55 15.07.2024

261 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 119 seçki dairəsi üzrə 431 nəfər müraciət edib.
"Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 213 nəfərə imza vərəqəsi verilib. 9 nəfər isə imza vərəqəsini qaytarıb.