
Stansiyanın qarşısında hava və vaxt göstəricilərini bildirən elektron lövhələr quraşdırılıb
2011-ci ildə Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramına uyğun olaraq, yenidən qurulan “28 May” stansiyasının platformasından sonra əsas giriş-çıxış pavilyonunda da son tamamlanma işlərinə başlanılıb. Platforması kimi, tamamilə yeni görkəm alacaq yuxarı vestibüldə də müasir dövrün tələblərinə uyğun sistem və avadanlıqlar quraşdırılır, eyni zamanda, dizayn işlərində də texniki vasitələrdən istifadə olunur.






