Xəbər lenti

"28 May" stansiyasında nə baş vermişdi?
Ölkə16:35 24.12.2018

"28 May" stansiyasında nə baş vermişdi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün axşam saatlarında Bakı Metropoliteninin "28 May” stansiyasının əsas girişi müvəqqəti bağlanıb.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  Qaynarinfo-ya açıqlamasında bildirib ki, buna səbəb sərnişinlərin təhlükəsizliyini təmin etmək olub.
"Saat 19:00 radələrində metroda sərnişin sıxlığı çox olduğundan təhlükəsizlik tədbirlərini gücləndirmək məsədilə əsas giriş 4-5 dəqiqəliyə bağlanıb. Sərnişinlər "Cəfər Cabbarlı” stansiyasının girişindən içəri buraxılıblar. Hazırda problem aradan qaldırılıb”,- deyə qurum rəsmisi söyləyib.