Xəbər lenti

3 ölkədən nüvə sazişi qərarı
Dünya14:57 17.05.2018

3 ölkədən nüvə sazişi qərarı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın baş naziri Tereza Mey Britaniya, Almaniya və Fransanın İranla imzalanmış nüvə razılaşmasına əməl etməyə davam edəcəklərini açıqlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Mey Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə Bolqarıstanın paytaxtı Sofiyada görüşüb və razılığa gəliblər.
Qeyd edək ki, ötən həftələrdə ABŞ prezidenti Donald Tramp razılaşmadan imtina etdiyini açıqlamışdı. Saziş İranın nüvə fəaliyyətinə məhdudiyyət qoymasını və qarşılığında digər ölkələrin İrana tətbiq etdiyi sanksiyalardan imtinasını nəzərdə tutur.
Gülşən