Xəbər lenti

3 yaşlı uşağın qatili saxlanıldı
Ölkə11:56 10.05.2013

3 yaşlı uşağın qatili saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qeyrət Süleymanov uzağa qaça bilməyib.

Kürdəmirdə 3 yaşlı uşaq döyülərək qətlə yetirilib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 9-na keçən gecə Kürdəmir rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Qeyrət Süleymanov ailə münaqişəsi zəminində qeyri rəsmi nigah münasibətlərində olduğu Ruhiyyə Mahmudovanın qızını, 3 yaşlı Mələyi döyərək qətlə yetirib və hadisə yerindən qaçıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində Q.Süleymanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Qaynar.info