Xəbər lenti

31 qəzetə 1 milyondan çox pul ayrıldı - Siyahı
Ölkə16:04 28.06.2013

31 qəzetə 1 milyondan çox pul ayrıldı - Siyahı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə iki məsələ daxil edilib:

- 2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;

- Növbəti il üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə şərtlərinə yeniliklərin edilməsi.

İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, 2013-cü ilin II yarımilliyi üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə qatılmaq üçün Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sənədlər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.

Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri tiraj, yayım və dövrülük şərtlərini nəzərə alaraq, 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılmasına qərar veriblər (Müsabiqə qalibi olan redaksiyaların siyahısı aşağıda təqdim edilir).

Bir redaksiyanın ("Bütov Azərbaycan” qəzeti) sənədlərinin isə müsabiqə şərtlərinə uyğun olmadığı aşkarlanıb.

Gündəlikdə duran növbəti məsələni müzakirə edən Müşahidə Şurasının üzvləri bildiriblər ki, növbəti ildə müsabiqə şərtlərinə yeniliklər edilməsi vacibdir. Qərara alınıb ki, növbəti müsabiqə ilində müsabiqəyə qatılmaq istəyən KİV-lərin tirajının 2500, yayımının isə 1000 nüsxədən artıq olması şərtləri nəzərə alınsın. Bu barədə redaksiyalara müvafiq bilgilərin verilməsi qərara alınıb. 

2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı

Qəzetin Adı                                              Məbləğ

1. "Yeni Azərbaycan” qəzeti                   60 000

2. "Yeni Müsavat” qəzeti                        60 000

3. "Ayna-Zerkalo” qəzeti                        60 000

4. "Azadlıq” qəzeti                                 60 000

5. "Səs” qəzeti                                      60 000

6. "Kaspi” qəzeti                                   60 000

7. "Mövqe” qəzeti                                  60 000

8. "Ədalət” qəzeti                                  60 000

9. "525-ci” qəzet                                   60 000

10. "Bakı-Xəbər” qəzeti                         60 000

11. "Olaylar” qəzeti                               60 000

12. "Ekspress” qəzeti                           60 000

13. "Palitra” qəzeti                               60 000

14. "Paralel” qəzeti                              40 000

15. "Həftə İçi” qəzeti                            40 000

16. "Azad Azərbaycan” qəzeti              40 000

17. "Şərq” qəzeti                                40 000

18. "Xalq Cəbhəsi” qəzeti                   40 000

19. "Futbol+Qol” qəzeti                      40 000

20. "Bizim Yol” qəzeti                        40 000

21. "Novoye Vremya” qəzeti               30 000

22. "Futbol +” qəzeti                          30 000

23. "Üç Nöqtə” qəzeti                        30 000

24. "Olimpiya Dünyası”qəzeti             20 000

25. "Oxu Məni” qəzeti                       15 000

26. "Azernews” qəzeti                      20 000

27."Reytinq” qəzeti                          10 000

28. "Təhsil Problemləri” qəzeti          8 000

29. "The Business Times” qəzeti       8 000

30. "Hərbi And” qəzeti                      8 000

31. "Türküstan” qəzeti                     8 000