Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Web-Servis" Firması ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə universitetin inzibati binasının H.B.Zərdabi 39a ünvanında yerləşən korpusunun qazanxanasının cari təmir işləri nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 32 361,5 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Web-Servis" Firması 25 iyun 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 600 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 5-cü mikrorayon, ev 24/139, mənzil 13-də yeləşən şirkətin qanuni təmsilçisi Əzizov Anar Bayram oğludur.
"Web-Servis” Firması 2016-cı ilədək V.Y.Sultanov, E.A.Ağayev və B.X.Əzizovun tam ortaqlı "Web-Servis" Firması adı altında fəaliyyət göstərib.
Anar Əzizovdan əvvəl şirkətin qanuni təmsilçisi Əzizova Firəngiz Zaməddin qızı olub. Açıq mənbələrdə nə Anar Əzizov, nə də Firəngiz Əzizova haqqında məlumat var.
Firma haqqında da hər hansı məlumata rast gəlinmir. Şirkətin konkret hansı fəaliyyət növü ilə məşğul olduğu bəlli deyil. Adına görə firmanın internet sahəsində fəaliyyət göstərdiyini düşünmək olar. Lakin onun qazandığı satınalma müsabiqələrindən görünür ki, "Web-Servis” Firması əsasən qazanxana, havalandırma, soyutma sistemlərinin təmirini həyata keçirir.
Seyid
Şərhlər