Xəbər lenti

346 milyon avroluq transfer
İdman06:46 06.02.2014

346 milyon avroluq transfer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FIFA qış transfer pəncərəsi dövründə klub dəyişən futbolçuların sayını və xərclənən pulun məbləğini açıqlayıb.


Fanat.az xəbər verir ki, dünya üzrə bu qış transferlərə 346 milyon avro xərclənib.

FIFA-nın hesablamalarına görə, bu məbləğ ötən qışla müqayisədə 30 faiz azdı. Yanvarda edilən transferlərin sayı isə ötən illə müqayisədə 36 faiz artaraq 2631-ə çatıb.

Məlumatda həmçinin qeyd olunur ki, keçidlərin 85 faizi transfer haqqı ödənmədən həyata keçirilir. 26 faizi isə icarəyə verilib.

Qaynar.info