Xəbər lenti

35 milyardlıq qumarın təşkilatçısı tutuldu
Dünya06:00 20.09.2013

35 milyardlıq qumarın təşkilatçısı tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sinqapurda danışılmış oyunların təşkilatçısı həbs edilib.

Lent.az-ın İnterpolun rəsmi saytına istinadən verdiyi məlumata görə, cinayətkar sindikatın rəhbəri Dan Tanla birgə daha 13 “silahdaş”ı tutulub.
 
Tutulanlardan 12-si kişi, 2-si qadındır. Onların digər ölkələrdə danışılmış oyunlarla bağlı fəaliyyətləri araşdırılacaq. İstintaq materiallarına əsasən, Tan 20 ildən çox belə oyunların təşkili ilə məşğul olub. İnterpolda bununla bağlı təkzibolunmaz sübutlar da var. Fırıldaqçıların ümumi gəliri ən azı 35 milyard dollar olub.
 
Tutulanlardan aralarında lider də olmaqla, 5 nəfəri gələcək araşdırmalar üçün həbsdə qalıb, qalan 9 şəxs isə girov müqabilində buraxılacaq.

Qaynar.info