Xəbər lenti

“35% müəllim 1000 manatdan çox əməkhaqqı alacaq”
Ölkə 15:54 27.06.2024

“35% müəllim 1000 manatdan çox əməkhaqqı alacaq”

Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Elm və təhsil naziri, həmçinin bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Min manat və daha yuxarı əməkhaqqı alacaq müəllimlərin sayı isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->