Xəbər lenti

4 qardaşın başına gələn macəra - FİLM
Sənət08:49 16.01.2017

4 qardaşın başına gələn macəra - FİLM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nizami Kino Mərkəzində “La-La Lend” və “Üç badam, bir qoz” filminin  nümayişi başlanıb.

Müzikl, dram, melodram və komediya   janrında çəkilmiş “La-La Lend” filminin  rejissoru və ssenari müəllifi Demyen Şazelldir. Yaş həddi: 14+

Film yeni parlayan ulduz, səs dinləmələri arasında tanınmış kinoulduzlara qəhvə paylayan qızın və əhəmiyyətsiz barlarda pul qazanmağa məcbur olan fanatık caz ifaçısının eşqindən bəhs edir. Getdikcə qazanılan şöhrət cütlüyün münasibətlərini pozmağa başlayır.

Filmdə rolları Rayan Qoslinq, Emma Stoun, Con Ledjend, C. K. Simmons, Rozmari DeUitt, Finn Uittrok, Kalli Ernandes, Sonoya Midzuno, Cessika Rot, Tom Everett Skott və digər aktyorlar   canlandırıblar.

“Gecənin qanunu” filminin ssenari müəllifi və rejissoru  Ben Afflekdir. Ekran əsəri  kriminal və dram janrındadır. Yaş həddi:14+

Hadisələr Amerikada qadağalar olan dövrdə baş verir. Butlegerliylə pul qazanan filmin baş qəhrəmanı nəticədə kriminal dünyaya cəlb olunur...  

Rollarda Ben Afflek, El Fanninq, Remo Cirone, Brendan Qlison, Robert Qlenister, Metyu Mexer, Kris Messina, Sienna Miller, Migel Zoi Soldana və digər aktyorlar çəkilib.

Həmçinin, şənbə günündən etibarən “Üç badam, bir qoz” milli komediyasının nümayışı başlayır. Filmin rejissoru  Rəfayel Bağıroğludu.

Film dörd qardaşın başına gələn məcaralardan bəhs edir. 

Baş rollarda Mənsur Şərif, Altun Mətləboğlu, Rəsul Abbasov və Sabir Samiroğlu və Şəhriyar Əbilov çəkilib.

Qaynarinfo.Az