Dünya 09:29 06.08.2022

4 saatlıq görüşdə Putin Ərdoğanla “Bayraktar”ı müzakirə edibmi? - Peskov

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Rusiyada mümkün istehsal və ya Türkiyədən "Bayraktar” pilotsuz uçan aparatların alınması məsələlərini müzakirə etməyiblər. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.

Peskov liderlərin türk pilotsuz təyyarələri ilə bağlı məsələləri müzakirə edib-etməməsi sualına mənfi cavab verərək "Xeyr" deyib.

Qeyd edək ki, prezidentlər arasında danışıqlar cümə günü Soçidə keçirilib. Söhbət 4 saatdan çox davam edib.

Alpər