
İngiltərə 4 yaşlı oğlunu acından öldürüb cəsədini yatağın altında saxlayan ananın vəhşiliyi qarşısında şokdadır.
Qaynar.info xəbər verir ki, Bredford şəhərində yaşayan Amanda Huttonun 4 yaşlı oğlu Həmzə ölüb. Narkoman olan qadının uşağa yemək vermədiyi və acından ölümünə səbəb olduğu məlum olub.
Qonşuların evdən pis qoxu gəldiyi üçün çağırdığı polis dəhşətlə qarşılaşıb. Evə daxl olan polis uşağı oyuncaq ayısı ilə birlikdə yatağın altında ölmüş vəziyyətdə tapıb.
İşsiz ananın uşağın ölümündən sonra dövlətdən yardım almağa davam etdiyi və həmin pulla narkotika və spirtli içkilərdən istifadə etdiyi məlum olub. Uşağın atasının isə boşandıqdan sonra onunla heç vaxt maraqlanmadığı da üzə çıxıb.
Ömürlük həbs cəzası ilə ittiham olunan qatil ana uşağa yemək tapa bilmədiyi üçün öldüyünü iddia edib.
Qaynar.info