Xəbər lenti

40-a yaxın sürücü cərimələndi - FOTOLAR
Ölkə20:28 06.01.2017

40-a yaxın sürücü cərimələndi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları ilə birlikdə rayon ərazisində reyd keçirib. 

Qaynarinfo.Az report-a istinadən xəbər verir ki, magistral yollarda təhlükəsizliyin təmin olunması məqsədi ilə keçirilən reyddə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanaraq barələrində inzibati qaydada protokol tərtib olunub.

Reyd zamanı avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmayan, texniki baxışdan keçməyən və icbari sığortası olmayan 40-a yaxın avtomobil sahibləri barəsində inzibati protokollar tətbiq olunub. 

Müvafiq sənədləri olmayan sürücülərin avtomobilləri cərimə meydançalarına aparılıb.

Daha sonra reyd Ələt-Astara magistral yolunda davam etdirilib.

Qaynarinfo.Az