
İngiltərənin Lənkaşır bölgəsində 845 min sterlinq dəyərindəki qədim malikanəni sata bilməyən ev sahibləri maraqlı addım atıblar.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, lotereya təşkil edən və hər bileti 2 sterlinqə satan Danstn Lou və Nataşa Dobosz cütlüyü bilet satışından 998 min funt sterlinq qazanıb. Evi isə 20 ədəd bilet alaraq lotereyada iştirak edən Marie Seqar adlı qadın qazanıb.
18-ci əsrə aid qədim və böyük evin yeni sahibi şokda olduğunu və indiyə qədər lotereyada cəmi 9 sterlinq qazandığını deyib.
Gülşən
Qaynarinfo.Az