
Bu il Türkiyədə tanınmış kişi ulduzlar sanki sözləşmiş kimi ard-arda evlənib. Bu məşhurların bir ortaq cəhəti də çoxlarının yaşlarının 40-ı haqlamasıdır.
Qaynarinfo.Az publika.az-a istinadən oxucuları gec və 40 yaşından sonra özündən xeyli gənc qızlarla evlənən türkiyəli məşhurlarla tanış edib.
Türkiyənin yaraşıqlı aktyorlarından biri - Kənan İmirzalıoğlu nikah masasına oturmaq üçün 41 yaşının tamam olmasını gözləyib. Aktyorun sevib-seçdiyi xanımı Sinem Kobal isə 28 yaşındadır.
Sərdar Ortaç 44 yaşında özündən 20 yaş kiçik irlandiyalı model Xloya Louqhnan ilə evlənib.

Meqastar Tarkan da evlilik qərarını 43 yaşında verib. Tarkanın xanımı Dilek Pınar 32 yaşındadır.

Kənan Doğulu Beren Saat ilə 40 yaşında ailə qurub. Müğənni ilə aktrisa arasında da xeyli yaş fərqi var. Beren Saat 32 yaşındadır.

Məşhur aktyor Bekir Aksoy da gec evlənən məşhurlar cərgəsinə daxildir. Aksoy üç il əvvəl özündən 23 yaş kiçik xanımla ailə həyatı qurub.

52 yaşlı türkiyəli müğənni Sinan Özən isə 26 yaşlı pərəstişkarı Burcu Kartalla ailə qurub.
Məşhur aktrisa Neslihan Atagül ilə Kadir Doğulu arasında da yaş fərqi çoxdur, daha dəqiq desək, 11 il. Neslihanın 23, Kadirin isə 34 yaşı var.