Xəbər lenti

40 yaşlı kişi bıçaqlandı - Gəncədə
Ölkə07:27 16.11.2014

40 yaşlı kişi bıçaqlandı - Gəncədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün axşam saatlarında Gəncə şəhəri 4-cü mikrarayon ərazisində 40 yaşlı şəhər sakini Şahin Zeynalov bıçaqlanıb. 

Qaynar.info Kəpəz tv-yə istinadən xəbər verir ki, yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat zamanı onun üzərində daxilə nüfuz edən 3 bıçaq zərbəsi aşkarlanıb. Həkimlər xəstənin vəziyyətinin ağır olduğundan Zeynalovu reanimasiya şöbəsinə yerləşdirib. 

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, Şahin Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Qaynar.info