Xəbər lenti

400-dən artıq jurnalist işdən qovuldu
Ölkə08:09 30.04.2016

400-dən artıq jurnalist işdən qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə müxalifət KİV-nin 400-dən artıq əməkdaşı işsiz qalıb. 

Qaynarinfo.az Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti"-yə "Zaman" qəzetinin keçmiş əməkdaşı məlumat verib.

Jurnalistin sözlərinə görə, onun həmkarlarını kompensasiya ödənişlərini nəzərdə tutmayan  maddə ilə işdən çıxardıblar. 

""Zaman" qəzetinin Ankaradakı ofisi bu gün bağlanılıb, bütün əməkdaşları isə işdən çıxardılıb. "Zaman" və "Cihan"dan xaricdə çalışan əməkdaşları ilə birlikdə, ümumilikdə, 400-dən artıq insan işdən çıxardılıb. Məni və həmkarlarımı heç bir kompensasiya ödənişlərini nəzərdə tutmayan "vəzifəsindən sui istifadə" və "təşkilatın imicinə zərər vurma"  maddəsi ilə işdən qovublar", - deyə jurnalist bildirib.

Cihanın da əməkdaşı bu təşkilatın da əksər əməkdaşlarının işdən çıxarıldığını təsdiqləyib.

Qaynarinfo.az