Xəbər lenti

42 milyonluq futbolçu Türkiyə yolunda
İdman06:25 27.07.2017

42 milyonluq futbolçu Türkiyə yolunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya səviyyəli hücumçu axtarışında olan "Beşiktaş"la bağlı daha bir xəbər yayılıb.

"Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, son iki mövsümün çempionunun Cekson Martinesi transfer etmək istədiyi iddia olunub.

Bildirilir ki, "Beşiktaş" Çinin "Quanqzu Everqrande" klubunda top qovan kolumbiyalı ilə yaxından maraqlanır. Martinesin Avropaya dönmək istədiyi və "Beşiktaş"ın təklifinə müsbət yanaşacağı deyilir.

Qeyd edək ki, 2012-ci ildə Meksikanın "Jaquares" klubundan 8,9 milyon avroya "Portu"ya transfer olunan hücumçu 3 il sonra 37,1 milyon avro qarşılığında "Atletiko"ya keçib. Madrid klubu ötən ilin qışında onu 42 milyona "Quanqzu Everqrande"yə satıb. 

Qaynarinfo.Az