Xəbər lenti

5 günlük savaş sülh danışıqlarına necə təsir edəcək? - ŞƏRH
Ölkə08:05 06.04.2016

5 günlük savaş sülh danışıqlarına necə təsir edəcək? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"5 günlük silahlı qarşıdurma sülh prosesinin ölü nöqtədən tərpənməsinə təsir göstərəcək".
Bu sözləri Qaynar.info-ya açıqlamasında politoloq Ərəstun Oruclu cəbhədə yaranan 5 günlük gərgin silahlı qarşıdurmanın nəticələri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, 5 günlük silahlı qarşıdurmanın bugünki hərbi və psixoloji üstünlüyə nə dərəcədə təsirli olacağını öncədən demək çətindir: "İstənilən halda bir şey faktdır ki, sülh danışıqları olacaqdı. Bu qarşıdurmanın nəticəsi haqda hələlik danışmaq tezdir. Amma bir şey məlumdur ki, hadisələr prosesinin ölü nöqtədən tərpənməsinə təsir edəcək".
Politoloq bildirib ki, ATƏT-in Minsk qrupunun bölgəyə növbəti səfərindən ciddi bir nəticə gözləmir: "Sadəcə qarşıdan gələn danışıqlarla bağlı məsləhətləşmələr ola bilər".
Qafqaz Rafiqoğlu
Qaynar.info