Alman qadına 5 avro sentlik borca görə 12 səhifəlik məktub göndərilib.
Qaynarinfo bu barədə "Bild"ə istinadən xəbər verir.
Berlindən olan 62 yaşlı Marlies P. bu yaxınlarda anasını itirib. Son illərdə o, paytaxtın Domicil qocalar evində yaşayıb. Qızı anasına qulluq etmək üçün bütün borclarını çoxdan ödəyib. Amma bu yaxınlarda ona çoxlu fakturaları olan 12 A4 səhifəlik məktub göndərilib. Sənədin sonunda Marlisin daha 5 sent ödəməyə borclu olduğu bildirilirib.
Sənəddə deyilir ki, o, bu borcu oktyabrın 20-dək ödəməyə borcludur. Lakin məktub iki gün sonra gəlib, yəni Marlis ödəniş etməyib. O, cərimə ilə razılaşmayıb və hətta məhkəməyə vermək istəyib. Ancaq sonda o, borcu ödəməyə qərar verib və 5 sentlik sikkəni zərfə qoyaraq göndərib. Amma cavab məktubunun göndərilməsi ona borcdan 17 dəfə baha başa gəlib.
"Bild"in müraciətindən sonra Domicil rəhbərliyi səhvini etiraf edib və Marlis P.dən üzr istəyib. Administrasiyaya görə, bu səhv olub və fakturalar ümumiyyətlə ona göndərilməməli imiş.
Aydın
Şərhlər