Xəbər lenti

5 yaşlı qızı zorlayıb öldürdülər - Bakıda şok hadisə
Ölkə08:24 29.05.2015

5 yaşlı qızı zorlayıb öldürdülər - Bakıda şok hadisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan paytaxtında dəhşətli qətl törədilib. 

Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb. 

Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.

Araşdırmalar zamanı məlumat olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov YakovViktoroviç törədib.

İlkin məlumata görə, Y. Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib.Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qaynar.info