
Səudiyyə Ərəbistanında 5 yaşlı qızını döyərək öldürən ata 8 il azadlıqdan məhrum edilib.
Qaynar.info xəbər verir ki, məhkəmə müəllim işləyən ataya bundan başqa 600 şallaq zərbəsi də hökm kəsib.
Qeyd edək ki, bu ilin əvvəlində baş verən hadisə zamanı atası Lama əl Hamdi adlı qızını işgəncə verərək öldürmüşdü. Ekspertiza zamanı məlum olmuşdu ki, döyülən zaman qızın qabırğaları sınmış, dırnaları çıxarılmış və kəlləsi əzilmişdi. Dəyənək və kabellə döyülən qızın bədənində həmçinin yanıqlar da aşkar edilmişdi.
Qızını döyən zaman ata onun bakirəliyini itirdiyini iddia etmişdi.
Qaynar.info