
Bakı çimərliklərindən birində azyaşlı itkin düşüb.
Qaynarinfo.Az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Məlumata görə, 5 yaşlı Yəhya Xəlilov Kürdəxanı qəsəbəsi ərazisində çimərlikdə itkin düşüb.
Onun axtarışları davam etdirilir.
Qaynarinfo.Az