Xəbər lenti

50-yə yaxın sürücü cərimələndi - FOTOLAR
Ölkə10:56 30.12.2016

50-yə yaxın sürücü cərimələndi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəki rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. 

Qaynarinfo.Az report-a istinadən xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının 5-ci tağımının əməkdaşlarının keçirdiyi reyddən məqsəd bayram günlərində hərəkətin intensivliyini nəzərə alaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

YPX-nin inspektoru Tural Niftəliyev "Report"a bildirib ki, yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan maşını idarə edən, avtomobilin üzərində olan cərimələri ödəməyən sürücülər təyin olunaraq məsuliyyətə cəlb edilib.

Üç saatdan çox davam edən reyd zamanı ümumilikdə yüzdən artıq avtomobil saxlanılıb. Reydlərin gələn ilin yanvar ayının 6-na qədər davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Qaynarinfo.Az