Xəbər lenti

500-dən çox dövlət müəssisəsi özəlləşdirilib
Ölkə11:48 07.03.2016

500-dən çox dövlət müəssisəsi özəlləşdirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2015-i ildə Azərbaycanda 500-dən çox kiçik dövlət müəssisəsi və obyekti, 470 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

AzVision.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd olunub ki, səhmlərin satışı üzrə keçirilən pul hərraclarında 19, investisiya müsabiqələri vasitəsilə isə 5 səhmdar cəmiyyətin səhmləri satılıb. 

Hesabat ilində investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 6,5 milyon maant məbləğində investisiya qoyulub. 

Ümumilikdə, 2016-cı il 1 yanvar tarixədək keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən 104 dövlət müəssisəsinə 910 milyon manatdan artıq həcmdə investisiya qoyulub, bu müəssisələrdə 17000-dən artıq iş yeri yaradılıb, dövlət büdcəsinə 65,8 milyon manat məbləğində pul vəsaiti ödənilib.

Qaynar.info