Xəbər lenti

500-ə yaxın abituriyent “2” aldı - TQDK
Ölkə07:14 13.06.2016

500-ə yaxın abituriyent “2” aldı - TQDK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini elan edib.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilib. 

İmtahanda 1096 abituriyent iştirak edib, 663 nəfər tələb olunan 15 və daha çox bal toplayaraq "məqbul" qiymət alıb.

Qaynarinfo.az